DİN vətəndaşlara müraciət edib

Cəmiyyət

11.11.2020 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşlardan saat 21:00-dək küçədəki hərəkətlərini başa çatdırmaları xahiş olunur

 

Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

 

Nazirlikdən AYNA-ya daxil olan müraciətdə deyilir:

 

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş