DİN polis zorakılığı barədə məlumatlara reaksiya verdi

Xəbərlər

05.05.2021 - 17:35

Həkimlər Klinikalar SEO Xidməti

“Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır”

 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrin bəzi istifadəçiləri tərəfindən polisin Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsi ilə bağlı yayılan paylaşımlara münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, respublika ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

 

“Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, beş nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayiət olunan halların qarşısı alınıb. Həmin şəxslərin hər biri ilə profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub”, - deyə məlumatda qeyd edilib.

 

Bildirilib ki, infeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir: “Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş