“Saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq, yaşadığınız ünvanlara qayıdın”
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. AYNA-nın xəbərinə görə, müraciətdə deyilir ki, belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.
“Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq, komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq, yaşadığınız ünvanlara qayıdasız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın”, - deyə vurğulanır.