DİM qəbul imtahanlarındakı testlərin izahını yayıb

Xəbərlər

19.08.2020 - 11:12

Hər kəs test tapşırıqları və onların izahını əldə edə bilərlər

 

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

 

Mərkəzdən AYNA-ya bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Müəllif: Ayna.az