DİM “Gənc psixometrik” təcrübə proqramına qəbul elan edib

Xəbərlər

19.12.2024 - 17:33

cedabet dərman SEO Xidməti

Qoşulmaq istəyənlər DİM-in saytında müvafiq bölmədən qeydiyyatdan keçə bilərlər

“Gənc psixometrik” təcrübə proqramına qəbul elan edirik və proqrama qoşulmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müvafiq bölmədən qeydiyyatdan keçə bilərlər. AYNA xəbər verir ki, bu barədə DİM sədri Məleykə Abbaszadə deyib.

Bildirib ki, DİM yeni “Gənc psixometrik” təcrübə proqramı üç ay müddətində davam edəcək: "Təcrübə proqramının əsas məqsədi təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaqdır".

“Təcrübə proqramına gənc müəllimlər, universitetlərin, magistaturanın son kursunda oxuyanlar, xüsusən də, riyaziyyat, informatika və statistika üzrə təhsil alan gənclər müraciət edə bilərlər. Üç aylıq təcrübə proqramına qoşulan bu gənclər proqramı bitirdikdən sonra DİM tərəfindən əməkdaşlığa dəvət ediləcəklər. Hazırda əmək bazarında psixometriya sahəsində kadrlara ciddi ehtiyac var. Gənclər layihəyə böyük maraq göstərirlər. Dörd mindən artıq şəxs qeydiyyatdan keçib”, - deyə M.Abbaszadə vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş