Dezinfeksiya məhlulları insanların səhhətinə zərər verə bilərmi? – <font color=red> RƏSMİ CAVAB</font>

Xəbərlər

12.06.2020 - 18:18

cedabet dərman SEO Xidməti

Elgin Həbibullayev: “Liftlərdə və küçələrdə başqa-başqa maddələr istifadə edilir”

 

Dezinfeksiya işləri zamanı yalnız mütəxxəsislər tərəfindən tövsiyə olunan kimyəvi maddələrdən istifadə olunur. Yəni, liftlərdə və küçələrdə başqa-başqa maddələr istifadə edilir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

 

“Burada ən önəmli məsələlərdən biri kimyəvi maddələrin həcmi və nisbətinin müəyyən edilməsidir. Yəni, maddələr hansı həcmdə və nisbətdə həll olunmalıdır. Təbii ki, buna da mütəxəssilər tərəfindən qərar verilir. Həm bunu, həm də bunun hansı müddətdən bir keçirilməsini nəzərə alırq”, - deyə Həbibullayev bildirib.

 

O bildirib ki, həddindən artıq güclü kimyəvi maddələrlə eyni əraziləri dezinfeksiya etmək insanlara da, ekologiyaya da zərər verə bilər: “Ona görə də bütün bunları nəzərə alıb, kimyəvi maddələrin dozaları, hansı zamanda aparılmalı olduğu ciddi nəzarətdə saxlanılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş