“Dəqiqədə 160 nəfər koronavirusa yoluxur” - <font color=red> ÜST rəsmisi</font>

Dünya

16.04.2021 - 03:34

Həkimlər Klinikalar SEO Xidməti

Hans Kluge: "Xəstəxanaya yerləşdirilmə yüksək səviyyədə qalmaqdadır"

 

“Avropada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb. Bölgəmizdə vəziyyət ciddidir”.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ÜST-ün Avropa direktoru Hans Kluge deyib.

 

Onun sözlərinə görə, hər həftə 1,6 milyon yeni yoluxma bildirilib:

 

“Yəni saatda 9 min 500, dəqiqədə 160 nəfər koronavirusa yoluxur. Avropada bugünədək 171 milyon dozdan ibarət yeddi koronavirus vaksini tətbiq olunub. Avropa əhalisinin təxminən 13 faizinə bir doz, 6 faizinə iki doz vaksin vurulub”.

 

O qeyd edib ki, 80 yaşdan yuxarı şəxslərdə koronavirusa görə ölümlər fevraldan bəri mərhələli olaraq azalıb, pandemiyanın əvvəlindən bəri ən aşağı səviyyə olan 30 faizə çatıb:

 

“Avropda Yunanıstan da daxil olmaqla, xəstəxanlarda reanimasiyaların tamamilə dolmasına dair hesabatlar alırıq. Xəstəxanaya yerləşdirilmə yüksək səviyyədə qalmaqdadır.

 

Fransada isə COVID-19 səbəbindən xəstəxanalara və reanimasiyaya qəbul keçən ilin eyni dövründən indiyədək ən yuxarı həddədir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş