Deputatlar tətilə çıxdı: Milli Məclisin növbədənkənar sessiyası bitib

Xəbərlər

30.06.2020 - 12:11

cedabet dərman SEO Xidməti

Növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub

 

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub. AYNA bildirir ki, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib. Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.

 

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.

 

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı. Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.  Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş