Depozit hərracının nəticələri açıqlanıb

Xəbərlər

28.12.2020 - 15:14

Mərkəzi Bank məlumat yaydı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

 

AMB-dən AYNA-ya verilən xəbərə görə, dekabrın 28-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 915,4 milyon manat, hərracın nəticəsində cəlb edilib.

 

Vəsaitlərin həcmi 200 milyon manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.

 

Müəllif: Ayna.az