Daxili İşlər Nazirliyi məlumat yayıb

Hadisə

15.01.2021 - 09:19

Həkimlər Klinikalar SEO Xidməti

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 14-də törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş