Daşkəsəndə yeni məktəb binası tikiləcək

Xəbərlər

23.07.2021 - 18:54

Prezident bir milyon manat ayırıb

 

Prezident İlham Əliyev Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncama əsasən, Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.

Müəllif: Ayna.az