Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb

Xəbərlər

29.08.2021 - 17:56

Onun vəziyyətinin ağır olduğu bildirilir

 

Daşkəsən sakini minaya düşüb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.

 

Ş. Tağıyev xəstəxanaya yerləşdirilib, sağ ayağı topuqdan amputasiya edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif: Ayna.az