Danimarka Ukraynaya əlavə 2,4 milyard avro dəyərində hərbi yardım ayıracaq

Dünya

31.05.2023 - 08:38

Danimarkanın Baş naziri Mette Frederiksen, krallığın bu il və gələn il Ukraynaya hərbi yardım məqsədilə xərclərini 17,9 milyard kron (2,4 milyard avro) artırmaq planlarını açıqlayıb.

Mart ayında Danimarka 2023-cü ildə Ukraynaya hərbi, mülki və digər yardımlar üçün ümumi dəyəri 1 milyard avro olan xüsusi fond yaradıb.

AYNA xəbər verir ki, Mette Frederiksen Danimarka ictimai radiosuna müsahibəsində hökumətin bu il fonda daha 7,5 milyard kron (təxminən 1 milyard avro), gələn il isə 10,4 milyard kron (təxminən 1,39 milyard avro) ayırmağı planlaşdırdığını söyləyib.

Baş nazirin sözlərinə görə, ayrılan əlavə vəsait Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunacaq.

Müəllif: Ayna.az