Daha bir ölkədə koronavirusa ilk yoluxma faktı

Dünya

05.03.2020 - 06:26

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Sloveniyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

 

 AYNA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitterdə məlumat yayıb.

 

“Bu gün saat 20:44-də (Bakı vaxtı ilə 23:44-də-red.) biz koronavirusa ilk yoluxma faktı barədə məlumatlandırıldıq. Pasiyent İtaliyadan keçərək Mərakeşdən qayıdıb, hazırda o, Lyublyanda infeksion klinikaya yerləşdirilib”, - qurum Tvitterdə yazıb.

 

Xəstənin Sloveniyadakı bütün mümkün kontaktları yoxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş