Qaçqınların saxlanması və daşınması üçün bütün xərcləri ABŞ tərəfi ödəyəcək
Kolumbiya hökuməti ABŞ-a yollanacaq Əfqanıstandan olan qaçqınların müvəqqəti olaraq ərazisində yerləşdirilməsinə qərar verib.
AYNA xəbər verir ki, bu barədə ölkə Prezidenti İvan Duke bildirib.
“Kolumbiya ABŞ-a yardım təklif edən ölkələr qrupuna qoşulur və illərdir ABŞ-a kömək edən və indi bu ölkəyə miqrasiya üçün sənədlər alan Əfqanıstan vətəndaşlarına müvəqqəti olaraq Kolumbiyada qalmaq imkanı verəcək”, - o, mətbuat konfransında deyib.
Duke Kolumbiyaya gələcək Əfqanıstan vətəndaşlarının sayını dəqiqləşdirməyib. Qaçqınların saxlanması və daşınması üçün bütün xərcləri ABŞ tərəfi ödəyəcək.
Daha əvvəl Albaniya, Böyük Britaniya Əfqanıstandan olan qaçqınların ölkələrində yerləşdirilməsinə icazə vermişdi.