Daha bir ərəb ölkəsi İranla gediş-gəlişi dayandırıb

Dünya

23.02.2020 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Küveyt Mülki Aviasiya Baş İdarəsi yeni növ koronavirus ("Covid-19") səbəbilə İrana bütün səfərlərin dayandırıldığını açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, idarənin açıqlamasında qərarın Küveyt Səhiyyə Nazirliyinin göstərişlərinə uyğun olaraq qəbul edildiyi bildirilib.

 

Bundan əlavə, epidemiyanın hazırkı vəziyyəti ilə əlaqədar olaraq İrandan Küveytə gedənlərə viza verilməyəcəyi də vurğulanıb. 

 

Qeyd edək ki, İranda yayılmağa başlayan "Covid-19" virusuna rəsmi məlumatlara görə, artıq 18 nəfər yoluxub.  Virusdan ölənlərin sayı isə 6-ya yüksəlib. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş