Prezident işğaldan azad olunan kəndlərin adlarını açıqlayıb
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
AYNA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün rəsmi "Twitter" hesabında yayıb.