Daha 13 kənd düşməndən azad edilib - <font color=red> MÜJDƏ</font>

Xəbərlər

19.10.2020 - 08:24

Prezidenti yeni azad edilmiş torpaqlarımızın siyahısını açıqlayıb

 

Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında işğaldan yeni azad edilmiş torpaqlarımızın siyahısını açıqlayıb.

 

AYNA-nın xəbərinə görə, dövlət başçısının paylaşımında deyilir: “Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”

 

Müəllif: Ayna.az