COVID-19 nə vaxt pik həddə çatacaq?

Cəmiyyət

02.04.2020 - 13:56

“Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çata və ya azala bilməsi üzərində işlər aparırlar”

 

"Ölkədə 35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar isə ən azı 3-4 dəfə yoxlanılır".

 

AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva belə açıqlama verib.

 

Ölkədə virusun nə vaxt pik həddə çatacağı və nə vaxt azalacağı barədə proqnozlardan danışan mütəxəssis deyib ki, Qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var: "Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu, yaxın vaxtlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çata və ya azala bilməsi üzərində işlər aparırlar".

Müəllif: Ayna.az