COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

27.10.2021 - 17:14

Bir gündə birinci mərhələ üzrə 32 mindən çox peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44716 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32320, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 12396 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9469618, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin ümumi sayı 5119077, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 4350541 təşkil edir.

Müəllif: Ayna.az