COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

02.08.2022 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada 2 min 195 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 195 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 368, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan peyvədnlərin ümumi sayı 13 820 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 154, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 340 156, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 254 793 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş