“Heç bir ölkə NATO-ya üzv olmağa hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib”
“Qərb güclü olmalı və Ukraynanı şərtlər olmadan mümkün qədər tez vaxtda NATO-ya qəbul etməlidir”. AYNA xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson “Daily Mail” üçün yazdığı məqaləsində bildirib.
Consonun sözlərinə görə, NATO liderlərinin Vilnüs sammitində nə etməli olduqları tam aydın idi. Onun fikrincə, dövlətlər güclü olmalıdır ki, bu da Şimali Atlantika Alyansının mahiyyətini təşkil edir.
Siyasətçi qeyd edib ki, NATO Kiyevə hərbi əməliyyatlar başa çatdıqdan sonra onun qoşula biləcəyinə dair işarə verməli idi: “Əvəzində müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə ölkə NATO-ya dəvət alacaq”.
“Heç bir ölkə NATO-ya üzv olmağa hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir hərbi qüvvə NATO silahlarının istifadəsində bu qədər güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə bu qədər ehtiyacı yoxdur”, - deyə Conson şağırış edib.