Conson şahzadənin dəfnində iştirak etməyəcək

Dünya

11.04.2021 - 16:37

Baş nazirin qərarı dəfndə kral ailəsinin daha çox üzvünün iştirakına imkan yaratmaqla bağlıdır

 

Britaniyanın Baş naziri Boris Conson kütləvi yığıncaqlara qoyulan qadağa səbəbindən şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə məlumatı Baş nazirin ofisi yayıb.

 

Məlumatda bildirilir ki, Consonun qərarı dəfndə kral ailəsinin daha çox üzvünün iştirakına imkan yaratmaqla bağlıdır.

 

Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacaq dəfn mərasimində yalnız 30 nəfər - şahzadə Filipin övladları, nəvələri və digər yaxın qohumları iştirak edə bilərlər. İctimaiyyətdən dəfnin keçirildiyi əraziyə yaxınlaşmamaq xahiş olunub.

 

Xatırladaq ki, şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib. Mərhum şahzadənin aprelin 17-də dəfn olunacağı bildirilir.

Müəllif: Ayna.az