“Əgər ABŞ tarif, ticarət və ya başqa bir müharibə istəyirsə, o zaman biz sona qədər mübarizə aparmağa hazırıq”
“Əgər ABŞ tarif, ticarət və ya başqa bir müharibə istəyirsə, o zaman biz sona qədər mübarizə aparmağa hazırıq”. AYNA.AZ xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazı yerləşdirilib.
“Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, bir-birinin müvafiq narahatlıqlarını həll etmək üçün bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında Çinlə məsləhətləşməlidir”, - bildirilib.
Bundan əvvəl ABŞ Çindən idxal edilən bir sıra mallara, o cümlədən güclü ağrıkəsici fentanilə 10-20% rüsum tətbiq etdiyini açıqlayıb.