Çindən Azərbaycana gələnlər üçün xüsusi xəstəxana ayrılıb

Xəbərlər

31.01.2020 - 15:41

cedabet dərman SEO Xidməti

“Vuhan şəhərindən gələn bir neçə tələbə həmin tibb müəssisəsində həkim nəzarətindədir”

 

Koronavirusun ilk aşkar olunduğu Çinin Vuhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Məlumata görə, yanvarın 30-da Vuhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssisəsində həkim nəzarətindədir: “Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar”.

 

“Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb”, - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş