Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

06.01.2021 - 09:55

Ölkədə 443 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 32 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 215-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 138 xəstə sağalıb.

 

Ölkədə 443 aktiv koronavirus xəstəsi var ki, onlardan da 14-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az