Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

23.06.2020 - 07:47

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 418 nəfərə çatıb

 

Çində ötən sutka ərzində 22 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 9-u xaricdən gələn vətəndaşlarda, 13-ü isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

 

Bildirilir ki, ötən sutka ərzində 7 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

 

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 418 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Müəllif: Ayna.az