Çində koronavirusla bağlı son vəziyyət

Dünya

08.12.2020 - 09:49

Ölkədə 280 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 646-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 732 xəstə sağalıb.

 

Ölkədə 280 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az