Çində koronavirusla bağlı son vəziyyət

Dünya

29.07.2020 - 08:52

Aktiv hallardan 98-i ölkə daxilində qeydə alınıb

 

Son sutka ərzində Çində 101 aktiv, 27 asimptomatik yeni koronavirusa yoluxma aşkar edilib.

 

AYNA-nın məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

 

Məlumata əsasən, aktiv hallardan 98-i ölkə daxilində qeydə alınıb: 89-u Sincan Uyğur Muxtar Rayonunda, 9-i şimal-şərqdə yerləşən Lyaonin əyalətində, biri paytaxt Pekində.

 

Əvvəlki gün ərzində ölkədə 68 aktiv, 34 asimptomatik yoluxma halı aşkarlanıb. Ümumilikdə Çində 4 634 nəfər koronavirusun qurbanı olub, 84 060 aktiv yoluxma hadisəsi baş verib.

Müəllif: Ayna.az