Çində koronavirusa yoluxanların sayı yenidən artıb

Dünya

11.05.2020 - 13:34

Ölkədə son 24 saat ərzində 17 yeni yoluxma hadisəsi qeydə alınıb

 

Çində son iki gün ərzində koronavirusa yoluxanların sayı artıb. AYNA xəbər verir ki, virusun yayıldığı Vuhan şəhərində bir aydan sonra yenidən yoluxma aşkarlanıb.

 

Ümumilikdə isə ölkədə son 24 saat ərzində 17 yeni yoluxma hadisəsi qeydə alınıb.

 

Virusa yoluxanlardan 11-nin Şimali Koreya ilə sərhəd olan Jilin əyalətinin Şulan şəhərindən olduğu bildirilib və şəhərə bütün giriş-çıxışlar bağlanıb. Bununla yanaşı, 1 milyon əhalisi olan şəhər “yüksək riskli bölgə” elan edilib. 

Müəllif: Ayna.az