Ölkədə 314 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində 5 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 726-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 776 xəstə sağalıb.
Ölkədə 314 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.