Çində 115 koronavirus xəstəsi qalıb

Dünya

13.05.2020 - 07:44

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Çində son sutka ərzində cəmi 1 nəfər koronavirusa yoluxub.

 

"Qafqazinfo" xəbər verir ki, ölkədə aktiv xəstələrin sayı 115-ə düşüb.

 

Qeyd edək ki, indiyədək Çində 82 919 nəfər koronavirusa yoluxub, onlardan 78 171-i sağalıb. Ölkədə 4633 nəfər Covid-19-un qurbanı olub.

Müəllif: Ayna.az