Çin Ukraynaya sülhməramlılar göndərməyəcək

Dünya

24.03.2025 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və son dərəcə aydındır”

“Münaqişə bitdikdən sonra Çinin Ukraynada sülhməramlı missiyada iştirakını müzakirə etdiyinə dair xəbərlər həqiqətə uyğun deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun deyib.

“Qeyd etmək istərdim ki, bu xəbərlər tamamilə həqiqətə uyğun deyil. Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və son dərəcə aydındır", - diplomat vurğulayıb.

Jiakun həmçinin xatırladıb ki, Pekin beynəlxalq ictimaiyyətlə “münaqişənin danışıqlar yolu ilə həlli, həmçinin atəşkəs üçün lazımi şəraitin yaradılması” üçün işləməyə hazırdır.

Martın 22-də “Welt am Sonntag” qəzeti avropalı diplomatlara istinadən yazıb ki, Çin Avropa İttifaqı (Aİ) ölkələri ilə Ukraynaya sülhməramlılar göndərməyi müzakirə edir. Nəşrin yazdığına görə, avropalı diplomatlar Pekinin bu cür hərəkətinin Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı “Rusiyanın razılığına təsir edə biləcəyini” təklif ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş