Çin ABŞ və Qərbi “Taliban”a qarşı sanksiyaları ləğv etməyə çağırdı

Dünya

26.10.2021 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

“Həm Çin, həm də Qərb ölkələri Əfqanıstanın bərpasına kömək etmək üçün “Taliban”la praqmatik şəkildə işləməlidir”

“ABŞ və digər Qərb ölkələri Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” hökumətinə qarşı sanksiyaları ləğv etməli və onlarla əməkdaşlıq etməlidir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Qətərin paytaxtı Dohada Əfqanıstanın yeni hökumətinin nümayəndəsi Əbdül Qani Baradar ilə görüşündə deyib.

"Çin Əfqanıstanın hazırda üzləşdiyi humanitar çətinliklərə böyük əhəmiyyət verir və ABŞ və Qərb ölkələrini sanksiyaları ləğv etməyə çağırır", - deyə diplomat bildirib.

O vurğulayıb ki, həm Çin, həm də Qərb ölkələri Əfqanıstanın bərpasına kömək etmək üçün “Taliban”la praqmatik şəkildə işləməlidir.

Vanq Yi əmin edib ki, Çin tərəfi Əfqanıstana iqtisadi inkişafda, terrorizmlə mübarizədə, humanitar sahədə və idarəetmə sahəsində kömək etməyə hazırdır: “Ümid edirəm ki, “Taliban” ölkədəki bütün etnik qruplara qarşı açıqlıq və həmrəylik siyasəti aparacaq. Həmçinin qadın və uşaqların hüquqlarını qoruyacaq”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş