Çin ABŞ-a “qatil” arılar göndərib? - <font color=red> İDDİA</font>

Dünya

04.05.2020 - 15:22

Nyu-York koronavirusdan sonra növbəti bəlanı yaşaya bilər

 

Dünya üzrə COVİD -19-un yoluxma və ölüm sayına görə, birinci sırada yer alan ABŞ başqa bir problemlə qarşı-qarşıya qalıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda ortaya çıxan Vespa Mandarinia adlı (“eşşək” arısı növü) arı sürüsü ölkənin şərq hissəsinə yayılmaqdadır.

 

Məlumata görə, Yaponiyada hər il onlarla  insanın ölümünə səbəb olan bu “qatil” arı növü ətlə qidalanır. ABŞ bu arıların haradan gəldiyini araşdırır, ilkin versiyaya görə, həşəratlar ölkəyə karqo ilə Çindən gətirilib.

 

ABŞ-ın arıçılıq üzrə mütəxəssisi Antoni Planakis deyib ki, əgər arı sürüsünün hücumunun qarşısı alınmazsa, tezliklə yaşıllıqla zəngin Nyu-York koronavirusdan sonra növbəti bəlanı yaşaya bilər. Çünki bu arı növü sürətlə çoxalır.

 

Alimlər isə xəbərdarlıq ediblər ki, ən irisi 5 sm uzunluğunda olan arılar, zəif orqanizmi olan insanlar üçün təhlükə mənbəyidir, onun sancması nəticəsində insan ölə bilər.

Müəllif: Ayna.az