Çin ABŞ-a cavab verdi: “Düşmən virusdur, biz yox”

Dünya

30.04.2020 - 19:04

cedabet dərman SEO Xidməti

"Çin də təsirlənmiş tərəfdir və virusun ortağı deyil"

 

Çin rəsmi Vaşinqtonun günlərdir ölkəsini pandemiya ilə təqsirləndiyinə cavab olaraq bəyanat verib. AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuanq bildirib.

 

O deyib ki, ABŞ pandemiya böhranı dövründə ittihamlarına son qoymalı və düşmənin Çin deyil, bir virus olduğunu başa düşməlidir.

 

"Məsuliyyət məsələsinə gəldikdə, artıq bir neçə dəfə virusun bütün bəşəriyyətin ortaq düşməni olduğunu söylədik. Çin də təsirlənmiş tərəfdir və virusun ortağı deyil. Qlobal səhiyyə böhranı fonunda beynəlxalq ictimaiyyət bir araya gələrək problemin aradan qaldırılması üçün birlikdə çalışmalıdır”, - nazirlik rəsmisi əlavə edib.

 

Xatırladaq ki, ABŞ lideri D.Tramp həftələrdir Çinin virusa görə məsuliyyəti öz üzərinə götürməyi və ölkələr qarşısında milyonlarla dollar təzminat ödəməyi tələb edir.

 

Trump COVID-19 pandemiyası səbəbindən Çinin fəsadların müxtəlif variantlarını nəzərdən keçirməsini tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş