Çimərliklər açılır: nazirlik əhaliyə müraciət edib

Cəmiyyət

10.06.2021 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan qorunmaq üçün qaydalara əməl olunmalıdır

 

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərin açılması ilə bağlı bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi üçün əhaliyə müraciət edib.

 

AYNA-nın xəbərinə görə, FHN-in müraciətində qeyd edilib ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə aşağıda qeyd edilənlərə əməl olunmalıdır:

 

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 metr, çətirlərin oxları arasındakı minimal məsafə 4 metr olmalıdır;

 

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir;

 

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir.

 

Nazirlik əlavə olaraq qadağaları da açıqlayıb:

 

- nəzərdə tutulmamış ərazilərdə çimmək;

 

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

 

- küləkli havada dənizə girmək;

 

- çimərlikdə gecələmək;

 

- sərxoş halda çimərlikdə olmaq;

 

- suda kobud hərəkətlər etmək;

 

- çimərlikdə balıq tutmaq;

 

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş