Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

Siyasət

15.01.2021 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub. Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.

 

Nazirlər, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş