Ceyhun Bayramov Vendi Mortonla Bərdəyə raket hücumundan danışıb

Siyasət

28.10.2020 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğulayıb

 

Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı olub.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirdi. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu bildirdi. Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğulayıb.

 

Nazir Vendy Morton öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirdi. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş