Azərbaycan və Ukrayna XİN başçılarının görüşü keçirilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, C.Bayramov A.Sibiqanı qarşılayıb. Bundan sonra XİN başçılarının təkbətək görüşü başlayıb.
