Ceyhun Bayramov "Son zəng"lə bağlı suallara aydınlıq gətirib

Cəmiyyət

27.04.2020 - 19:45

Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində sualları cavablandırıb

 

Orta məktəblərdə 11-ci sinif şagirdlərini maraqlandıran məsələlərdən biri də bu il “Son zəng” tədbirinin keçirilib keçirilməməsi ilə bağlıdır.

 

AYNA xəbər verir ki, karantin bitsə belə, orta məktəblərdə dərslərin bərpası hələlik aktual deyil. O halda “Son zəng” tədbiri baş tutmayacaq?

 

Suala aydınlıq gətirən Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib ki, 11-ci sinif şagirdləri artıq yetkin yaşa çatmış şəxslərdir. Bu səbəbdən onlar mövcud vəziyyəti anlamalı, ona təmkinlə yanaşmalıdırlar.

 

“Məktəb məzunları bu il alınmasa da, məktəbin son günlərində tədbir təşkil olmasa da, gələcək günlərdə bu əlamətdar hadisəni qeyd edə bilərlər", - deyə nazir qeyd edib.

Müəllif: Raminə Eyvazqızı