XİN başçısı Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib
“Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş etdirilir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
C.Bayramov qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb: “Ermənistanı təxribatlardan əl çəkməyə çağırırıq”.
Nazir iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu qeyd edib.