Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Daşkəndə səfərə gedib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, nazirin səfərinin məqsədi Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak etməkdik.