Ceyhun Bayramov Avstriyaya səfərə yola düşüb

Siyasət

25.05.2021 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan XİN başçısı ATƏT-in baş katibi ilə görüşəcək 

 

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

 

Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

 

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş