Cənubi Sudanda vitse-prezidentin həbsinə order verilib

Dünya

27.03.2025 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Maçarın mühafizəçiləri zərərsizləşdirilib, özünün isə məlum olmayan ittihamlarla həbsinə qərar verilib

Cənubi Sudanda səlahiyyətlilər ölkənin vitse-prezidenti Riek Maçarın həbsinə order verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, Maçarın mühafizəçiləri zərərsizləşdirilib, özünün isə məlum olmayan ittihamlarla həbsinə qərar verilib.

Qeyd edək ki, ölkədə bir neçə həftədir vitse-prezident Riek Maçarın da mənsub olduğu Nuer xalqına aid silahlı dəstələr hökumət qüvvələrinə qarşı döyüşür. Döyüşlərdə onlarla insan həlak olub. BMT-nin məlumatına görə, fevral ayından bəri ən azı 50 min nəfər qaçqın düşüb. Döyüşlər paytaxtdan 1300 kilometr uzaqda baş versə də, münaqişənin ölkənin digər bölgələrinə yayılmaq təhlükəsi var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş