Cənubi Koreyanın sabiq müdafiə naziri həbsxanada intihara cəhd edib

Dünya

12.12.2024 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Keçmiş nazir alt paltarından bağladığı kəndirlə özünü asmaq istəyib

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyun ölkədə qanunsuz hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaqla bağlı saxlandığı Seul təcridxanasında intihara cəhd edib. Bundan əvvəl məhkəmə Kim Yon Hyunun vətənə xəyanətdə şübhəli bilinərək həbs edilməsinə qərar verib.

AYNA-nın “Yonhap”a istinadən məlumatına görə, keçmiş nazir alt paltarından bağladığı kəndirlə özünü asmaq istəyib. İndi o, “mühafizə kamerasında”dır və səhhəti üçün təhlükə yoxdur.

Kim Yong Hyunla bağlı təhqiqat Təhlükəsizlik İstintaq Qrupu tərəfindən aparılır. O, əvvəllər Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsində oynadığı rola görə vətənə xəyanət və qiyamda ittiham olunub. O, xalqdan üzr istəyib və dekabrın 4-də istefa verib. Kim vəkilləri vasitəsilə "bu vəziyyətə görə bütün məsuliyyətin" yalnız onun üzərində olduğunu və tabeliyində olanların "sadəcə əmrləri yerinə yetirdiyini" söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş