Cənubi Koreya sualtı qayıqdan ballistik raket buraxılışını sınaqdan keçirib

Dünya

15.09.2021 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

 

Raketin buraxılışını Prezident Mun Ce-in sınaq mərkəzindən izləyib

Cənubi Koreyanın Prezident Ofisi ölkə silahlı qüvvələrinin sualtı qayıqdan ballistik raket buraxılışını uğurla sınaqdan keçirdiyi açıqlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, bununla da Cənubi Koreya dünyada sualtı qurğudan ballistik raket buraxılışını həyata keçirən 7-ci ölkə olub.

Ballistik raket ölkənin cənubundakı Anhenq sınaq mərkəzində 3 min tonluq “Dosan Ahn Chang-ho” sualtı qayığından buraxılıb. Raket planlaşdırılan məsafəni qət edərək şərti hədəfi məhv edib.

Raketin buraxılışını Prezident Mun Ce-in sınaq mərkəzindən izləyib.

Qeyd edək ki, indiyədək cəmi 6 ölkə - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Hindistan sualtı qurğulardan ballistik raket buraxılışını həyata keçirmişdi. Maraqlı məqam odur ki, Cənubi Koreyanın sualtı qayıqdan ballistik raket buraxılışı sınağından bir neçə saat əvvəl Şimali Koreyanın Sarı (Yapon) dəniz istiqamətində 2 ballistik raket buraxdığı barədə məlumatla yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş