Cənubi Çin dənizində gəmi qəzası: 27 heyət üzvü itkin düşüb

Dünya

03.07.2022 - 19:34

Həkimlər Klinikalar SEO Xidməti

Xilasedicilər 30 nəfərlik heyət üzvlərindən yalnız üçünü xilas edə biliblər

Cənubi Çin dənizinin Honkonq sahillərində şiddətli qasırğa səbəbindən mühəndis gəmisi qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, axtarış-xilasetmə işlərinə iki təyyarə və dörd helikopter cəlb edilib.

Xilasedicilər 30 nəfərlik heyət üzvlərindən yalnız üçünü xilas edə biliblər.

Qəza Honkonqdan 300 kilometr cənub-qərbdə baş verib. “Çaba” tropik qasırğasının episentrində olan gəmi iki hissəyə bölünərək batıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş