Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

Xəbərlər

17.11.2020 - 12:08

“Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib. AYNA xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında paylaşım edib.

 

“32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, - deyə Çavuşoğlu paylaşımında bildirib.

Müəllif: Ayna.az