“Cavadxan” Tarix və Mədəniyyət Fondundan İlham Əliyev və Ərdoğana təşəkkür

Xəbərlər

07.01.2021 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

“Zəfər paradı dünyaya “Dəmir yumruğ”unun hansı qüdrətə malik olduğunu nümayiş etdirdi”

 

“Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təşəkkür müraciəti edib.

 

AYNA-nın xəbərinə görə müraciətdə bildirilir: “Zati aliləri! Sizin iştirakınızla Bakıda keçirilən Zəfər paradı bütün türk dünyasının qəlbində  hədsiz qürur hissi yaratdı. Biz, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyinin təmsilçiləri də türk dünyasının iki oğlunun birgə fəaliyyəti nəticəsində 30 il dünyanın iri güc mərkəzlərinin çözümü üzərində çalışdıqları “Qarabağ düyünü”nün birdəfəlik açılmasından sonra böyük sevinc içindəyik. Zəfər paradı dünyaya “Bir millət, iki dövlət” anlamının məzmununu və bu dövlətlərin rəhbərlərinin “Dəmir yumruğ”unun hansı qüdrətə malik olduğunu nümayiş etdirdi. Bu birlik həm də 1804-cü ildə işğalçılarla mübarizə naminə Azərbaycan xanlıqlarını birliyə çağıran Gəncə hökmdarı Cavad xanın müqəddəs arzusunu reallığa çevirdi”.

 

“Bu zəfər Azərbaycanın dəyərli incisi olan Qarabağın yenidən çiçəklənməsinin əsasını qoydu. Bu zəfər həm də erməni faşizminin “böyük Ermənistan yaratmaq” xülyasını tarixin səhifəsindən birdəfəlik sildi. Regionu bu bəladan qurtardığınıza görə Sizin adlarınız və xilaskarlıq fəaliyyətiniz bəşəriyyət tarixində daim anılacaqdır. Qarabağı doğma anası Azərbaycanın ağuşuna qaytardığınıza görə Sizlərə dərin minnətdarlığımızı bildirir, Türkiyə və Azərbaycan dövlətlərinin inkişafı naminə gələcək fəaliyyətinizdə böyük uğurlar diləyirik! Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!”, - deyə müraciətdə bildirilib.

 

Müraciətə “Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi adından fondun prezidenti Valid Ziyatlı, fondun vitse-prezidenti Müzadil Həsənov, fondun Himayəçilik Şurasının sədri, Əməkdar elm xadimi, Professor Ramiz Hümbətov və fondun Ağsaqqallar Şurasının sədri, professor Zaur Həsənov imza atıblar.

undefined

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş